Pakistan Azərbaycana dron hücumu ilə bağlı narahatlığını bildirdi
XİN rəhbərləri telefon danışığında regional gərginlik yarada biləcək addımların qəbuledilməz olduğunu vurğulayıblar
Martın 5-də Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova telefonla zəng edib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Pakistan tərəfi Azərbaycana qarşı həyata keçirilən dron hücumu ilə əlaqədar ciddi narahatlığını bildirib. Qeyd olunub ki, regionda genişmiqyaslı gərginliyə səbəb ola biləcək belə addımlar qəbuledilməzdir.
Ceyhun Bayramov isə öz növbəsində İranın qısa müddətdə baş verən hadisə ilə bağlı aydınlıq gətirəcəyini və müvafiq izahat təqdim edəcəyini gözlədiklərini vurğulayıb.
Nazirlər həmçinin Azərbaycan və Pakistan arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.