Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Almaniya Naxçıvana hücumla bağlı Azərbaycana dəstək verdi

Almaniya səfirliyi İranın dron zərbələrini qətiyyətlə pislədiyini və hadisəni diqqətlə izlədiyini bəyan edib

83

Almaniya İranın hücumları fonunda Azərbaycanla həmrəyliyini ifadə edib. Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi rəsmi açıqlama yayıb.

Bəyanatda qeyd olunub ki, Naxçıvana İran pilotsuz uçuş aparatları ilə endirilən zərbələr, eləcə də Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan istənilən addım qətiyyətlə pislənir. Diplomatik nümayəndəlik həmçinin Azərbaycanla və baş verən hadisə nəticəsində zərər çəkən şəxslərlə həmrəylik ifadə edib və vəziyyətin inkişafını diqqətlə izlədiklərini bildirib.

Xatırladaq ki, martın 5-də İranın pilotsuz uçuş aparatları Naxçıvan ərazisindəki obyektlərə hücum edib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində yerləşən məktəbin yaxınlığına düşüb. Hava limanına edilən hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. Hadisədən sonra İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan isə cavab zərbəsi endirmək hüququnu özündə saxladığını açıqlayıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.