Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Təhsil sahəsində yeni mərhələ

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində çalışan müəllimlər üçün sertifikasiya imtahanı iki mərhələdə keçiriləcək, qaydalar hazırlanır.

123

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində çalışan müəllimlərin sertifikasiya prosesi iki mərhələdən ibarət olacaq.

Bu barədə Milli Məclisin Sosial qanunvericilik şöbəsinin rəhbəri Adil Vəliyev parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə və “Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklərin müzakirəsi zamanı məlumat verib.

Onun sözlərinə görə, müəllimlərin ilk attestasiyasının keçirilməsi üçün təxminən 150–200 min manat vəsait tələb olunmuşdu. Artıq bu sahədə müəyyən təcrübə formalaşdığı üçün sertifikasiya prosesinin tətbiqi daha asan həyata keçiriləcək.

Adil Vəliyev əlavə edib ki, sertifikasiya ilə bağlı müvafiq qaydalar hazırda hazırlanır və qanun qəbul edildikdən sonra həmin mexanizmlər qüvvəyə minəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.