Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycandan Ermənistana növbəti yanacaq partiyası göndərildi

Bakıdan 1984 ton dizel və Rusiyadan tranzit keçən 135 ton gübrə yüklü vaqonlar yola salındı.

104

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının daha bir partiyası göndərilib.

Belə ki, ümumilikdə 1984 ton dizel yanacağı yüklənmiş 31 vaqon Bakıdan yola salınaraq Ermənistana istiqamətləndirilib.

Eyni zamanda, Rusiyadan Ermənistana daşınan və Azərbaycan ərazisindən tranzit keçən 135 ton gübrə yüklü iki vaqon da bu gün Bakıdan yola düşüb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.