Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Nazirlər Kabinetinin yeni qərarı

Yeni dəyişikliklərə əsasən, qrant müsabiqələrində bələdiyyələrin də iştirakı nəzərdə tutulur, bəzi müddəalar isə yenilənib

102

Nazirlər Kabineti qrant fəaliyyəti ilə bağlı iki qərarında dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Dəyişikliklərdən biri **“Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”**na aiddir. Yeni əlavələrə əsasən, sənəddə dəyişikliklərin tətbiqi mexanizmi daha dəqiq müəyyənləşdirilib. Həmçinin qrantların verilməsi ilə bağlı müddəalara bələdiyyələr də daxil edilib, bəzi bəndlər isə qüvvədən düşüb.

Bununla yanaşı, “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən QHT-lərin qrant maliyyələşməsi üzrə müsabiqələrin keçirilməsi qaydası” da yenilənib. Qərara edilən düzəlişlərə əsasən, qrant müsabiqələrində bələdiyyələrin iştirak imkanları nəzərdə tutulub və sənəddə dəyişikliklərin tətbiqi proseduru təkmilləşdirilib.

Qərarın qəbul olunması “Qrant haqqında” qanuna edilən dəyişikliklərin və müvafiq prezident fərmanlarının icrasını təmin etmək məqsədi daşıyır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.