İrana qarşı yeni plan iddiası
Kürd qüvvələrinin ABŞ və İsrailin dəstəyi ilə Tehrana qarşı hərbi əməliyyata hazırlaşdığı bildirilir
Kürd silahlı dəstələrinin İsrail və ABŞ kəşfiyyat qurumlarının dəstəyi ilə İrana qarşı hərbi əməliyyat hazırladığı iddia olunur.
Bu barədə ABŞ-nin “Axios” portalı məlumat yayıb.
Nəşrin yazdığına görə, İran kürdlərindən ibarət bu qüvvələr İsrailin “Mossad” kəşfiyyat xidməti və ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən ciddi şəkildə dəstəklənir. Bildirilir ki, hazırda İraq–İran sərhədi boyunca yerləşdirilən bu birləşmələrin sayı minlərlə döyüşçüdən ibarətdir.
Mənbələrin məlumatına əsasən, planlaşdırılan əməliyyatın əsas məqsədi İran ərazisinin müəyyən hissəsinə nəzarəti ələ keçirmək və bununla da Tehrandakı mərkəzi hakimiyyətə təzyiq göstərməkdir. Bu addımın ölkə daxilində daha genişmiqyaslı etiraz və üsyanların başlamasına səbəb ola biləcəyi qeyd olunur.
Məlumata görə, İsrail tərəfi kürd qüvvələrinə yalnız hərbi sahədə deyil, həm də siyasi baxımdan müəyyən vədlər verib. Bildirilir ki, İranda mümkün hakimiyyət dəyişikliyi baş verərsə, ölkə ərazisində avtonom kürd bölgəsinin yaradılması məsələsinə siyasi dəstək göstərilə bilər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.