Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xəzərdə növbəti xilasetmə əməliyyatı

Mühərriki sıradan çıxan balıqçı qayığının iki heyət üzvü sərhədçilər tərəfindən sağ-salamat sahilə çıxarılıb

30

Xəzər dənizində mühərriki sıradan çıxan balıqçı qayığının heyət üzvləri operativ müdaxilə nəticəsində xilas edilib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın ərazi sularında dəniz sərhədlərinin mühafizəsi, su nəqliyyat vasitələrinə nəzarət və axtarış-xilasetmə tədbirləri fasiləsiz davam etdirilir.

Məlumata əsasən, Sahil Mühafizəsinin Sahil Nəzarəti Bölməsinə “Yamaha-55” markalı, Mİ-912 quyruq nömrəli balıqçı qayığının mühərrikində yaranmış nasazlıq səbəbindən iki nəfərin dənizdə köməksiz vəziyyətdə qalması barədə xəbər daxil olub.

Dərhal hadisə yerinə sərhəd gözətçi gəmisi yönləndirilib. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Neftçala rayon sakinləri – 1977-ci il təvəllüdlü Faiq Rzayev və 1989-cu il təvəllüdlü Rauf Məhərrəmov tapılaraq təhlükəsiz şəkildə sahilə çatdırılıblar.

Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.