Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Minabda həlak olan uşaqlar son mənzilə yola salındı

Qızlar məktəbinə edilən hücum nəticəsində ölən 171 nəfər üçün kütləvi dəfn mərasimi keçirilib, minlərlə insan vida mərasiminə qatılıb

79

İrana qarşı həyata keçirilən hücum nəticəsində Minab şəhərində yerləşən qızlar ibtidai məktəbinin vurulması ölkədə dərin hüznə səbəb olub. Hücum zamanı həlak olan uşaqlar üçün kütləvi dəfn mərasimi təşkil edilib.

Şəhərdə keçirilən vida mərasimində minlərlə insan küçələrə axışıb. İran bayraqlarına və həyatını itirən qızların şəkillərinə bükülmüş kiçik tabutlar izdihamın çiyinlərində daşınıb. Qara çadra geyinmiş qadınlar yas mərasimində səssiz şəkildə cərgələrdə dayanaraq həlak olanların xatirəsini yad ediblər.

Son məlumatlara əsasən, hadisə nəticəsində ölənlərin sayı 171 nəfərə çatıb. Həlak olanların əksəriyyəti 7–12 yaş arası şagirdlər, eləcə də bir neçə məktəb əməkdaşıdır. Məktəb binasının demək olar ki, tamamilə dağıldığı bildirilir.

İranın xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkə hesabında uşaqların məzarlarının fotolarını paylaşaraq hadisəyə münasibət bildirib. O, paylaşımında hücumu sərt tənqid edərək bunun  Trampın vəd etdiyi “xilas” adlandırılmasının reallıqla uzlaşmadığını qeyd edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.