Azərbaycanın Küveytdəki səfirliyindən təhlükəsizlik çağırışı
Hava məkanı bağlıdır: Vətəndaşlara evdə qalmaq və rəsmi məlumatları izləmək tövsiyə olunur
Regionda yaranmış vəziyyətlə əlaqədar 28 fevral 2026-cı ildən etibarən Küveytin hava məkanının bağlı qaldığı bildirilib. Bu barədə Azərbaycanın Küveytdəki səfirliyi rəsmi “X” hesabında məlumat yayıb.
Açıqlamada vətəndaşlara tövsiyə olunur ki, Küveytin rəsmi qurumlarının və səfirliyin yaydığı məlumatları diqqətlə izləsinlər, səlahiyyətli orqanların təhlükəsizliklə bağlı göstəriş və tövsiyələrinə ciddi əməl etsinlər. Qeyri-rəsmi mənbələrdən yayılan xəbərlərə və şayiələrə inanmamaq xüsusi vurğulanıb.
Səfirlik mövcud şəraiti nəzərə alaraq, zəruri hallar istisna olmaqla vətəndaşların yaşayış yerlərini tərk etməməsini və mümkün qədər evdə qalmasını məsləhət görüb. Küçədə olarkən həyəcan siqnalları və ya partlayış səsləri eşidildiyi halda dərhal qapalı və təhlükəsiz məkanlara sığınmaq tövsiyə edilir. Hava hücumundan müdafiə tədbirləri nəticəsində zərərsizləşdirilən sursat qalıqlarının təhlükə yarada biləcəyi də qeyd olunub.
Hər hansı fövqəladə vəziyyət zamanı vətəndaşlar səfirliyin +965 6095 5596 nömrəli qaynar xətti ilə əlaqə saxlaya və ya kuwait@mission.mfa.gov.az elektron ünvanına müraciət edə bilərlər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.