Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura formalaşdı

Səsvermənin nəticələrinə əsasən 11 nəfər üzv seçilib

78

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya keçirilən seçki prosesi yekunlaşıb.

Nazirliyin yaydığı məlumata görə, seçkilərin təşkili üçün yaradılmış Seçki Komissiyasının elan etdiyi nəticələrə əsasən, namizədliyini irəli sürən 16 nəfərdən 11-i kifayət qədər səs toplayaraq Şuraya üzv seçilib.

Beləliklə, yekun nəticələrə uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın yeni tərkibi müəyyənləşib.

1. Amin Məmmədov – “Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyi
2. Elman Yusifov – “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İctimai Birliyi
3. Elşad Əsgərov – “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi
4. Firuzə Sultan-zadə – “Ekosfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyi
5. İmran Əbdülov – “Dalğa” Ekologiya və Təbiətin Qorunması İctimai Birliyi
6. Müqabil Bayramov – “Azərbaycan Kartoqrafları” İctimai Birliyi
7. Tükəzban Ağababayeva – “EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi
8. Ülvi Məmmədov – IDEA İctimai Birliyi
9. Yusif Abiyev – “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyi
10. Yusif Poladov – “Qırmızı Ürəklər” Fondu
11. Zurab İsrafilov – “Azərbaycan Təbiəti Mühafizəsi Cəmiyyəti” İctimai Birliyi”, – məlumatda qeyd olunub.

 

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.