Bizimlə həyatınız həmişə işıqlı olacaq!

NATO ABŞ və İsrailin İrana qarşı əməliyyatına qoşulmayacaq

Baş katib Mark Rutte alyansın münaqişəyə qarışmaq planının olmadığını təsdiqləyib

99

NATOnun baş katibi Mark Rutte açıqlayıb ki, alyans ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara qoşulmaq üçün heç bir plan hazırlamayıb.

Rutte ARD televiziyasına verdiyi müsahibədə bildirib: “NATO-nun bu münaqişəyə müdaxilə və ya tərəf olmaq kimi planı yoxdur. Ayrı-ayrı müttəfiqlər amerikalıların İsrailə yönəlmiş hərəkətlərini dəstəkləmək üçün əllərindən gələni edirlər. Hava hücumundan müdafiə sistemlərinin ehtiyatları isə kifayət qədərdir; onlar sürətlə tükənməyəcək və müdafiə sənayesinin inkişafını təmin etmək üçün birgə çalışmalıyıq.”

Baş katib əlavə edib ki, NATO ərazisinin xaricində baş verən münaqişələr alyansın birbaşa iştirakını tələb etmir: “Söhbət İrandan və Fars körfəzi regionundan gedir. NATO ərazisinin müdafiəsi ilə bağlı isə ayıq-sayıq qalırıq və onun etibarlı qorunmasını təmin edirik.”

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.