Bizimlə həyatınız həmişə işıqlı olacaq!

BƏƏ banklarının rəqəmsal xidmətlərində kəsintilər

Amazon Web Services-dəki hadisə səbəbindən First Abu Dhabi Bank və Emirates NBD müştəriləri problemlərlə üzləşib

40

BƏƏ banklarında xidmət pozuntuları müşahidə olunub

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iri banklarının müştəriləri rəqəmsal xidmətlərdə fasilələrlə üzləşiblər.

TAСС-a istinadən məlumat verilir ki, problemlər İran tərəfindən edilən zərbələr nəticəsində zədələnmiş Amazon Web Services (AWS) məlumat mərkəzində baş verən hadisələrlə əlaqədardır.

BƏƏ-nin ən böyük banklarından biri olan First Abu Dhabi Bank (FAB)-ın mobil tətbiqi bəzi istifadəçilər üçün hazırda əlçatan deyil. Sistemdə giriş cəhdləri zamanı “Xəta baş verdi, bir qədər sonra yenidən cəhd edin” mesajı göstərilir. Ölkənin ikinci ən iri bankı Emirates NBD bəzi müştəriləri alternativ xidmətlərdə çətinliklərlə qarşılaşa biləcəkləri barədə məlumatlandırıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.