Əli Laricanidən sərt mesaj: İran uzunmüddətli müharibəyə hazırdır
Ölkəmiz istənilən bədəli ödəyərək özünü və minillik sivilizasiyasını müdafiə edəcək”
İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, ölkəsi ABŞ-dan fərqli olaraq uzun sürən müharibə şəraitində özünü müdafiə etməyə hazırdır.
O, X platformasındakı açıqlamasında qeyd edib ki, İran son 300 ildə heç vaxt müharibəyə başlayan tərəf olmayıb və ölkənin silahlı qüvvələri yalnız müdafiə məqsədilə fəaliyyət göstərib. Laricani vurğulayıb ki, İran istənilən bədəli ödəməyə hazırdır və minilliklərə söykənən sivilizasiyasını qətiyyətlə qoruyacaq, düşmənlərin yanlış hesablamalarının nəticəsiz qalmayacağını göstərmək niyyətindədir.
Siyasətçi əlavə edib ki, Tehran çəkindirici gücünü qorumaqda qərarlıdır və hər cür təzyiq və ədalətsizliyə qarşı mövqeyini davam etdirəcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.