Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İran enerji obyektlərini hədəfə aldı

Ras-Tənnurədəki “Saudi Aramco” zavodunun fəaliyyəti dayandırılıb, Manamada isə partlayışlar barədə məlumat yayılıb

137

İranın Səudiyyə Ərəbistanının enerji infrastrukturunu hədəfə aldığı bildirilir. Hücumun əsas istiqamətinin “Saudi Aramco” şirkətinə məxsus Ras-Tənnurə şəhərində yerləşən neft emalı zavodu olduğu qeyd olunur.

Bloomberg agentliyinin yaydığı məlumata görə, zərbədən sonra müəssisənin fəaliyyəti dayandırılıb.

Ras-Tənnurə Səudiyyə Ərəbistanının ən iri neft emalı kompleksinə ev sahibliyi edir və Fars körfəzi sahilində yerləşən əsas ixrac terminallarından biri hesab olunur.

Məlumatlarda həmçinin Bəhreynin paytaxtı Manamada da güclü partlayış səslərinin eşidildiyi bildirilir. İddialara görə, İran burada ABŞ hərbi obyektlərini də hədəfə alır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.