Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Martda 17 gün istirahət – uzun bayram tətili gözlənilir

Qadınlar Günü, Novruz və Ramazan bayramları ilə əlaqədar ay ərzində ümumilikdə 17 gün qeyri-iş günü olacaq, 31 mart isə ilk iş günü olacaq

90

Mart ayında Azərbaycanda istirahət günlərinin sayı artacaq – ümumilikdə 17 gün qeyri-iş günü olacaq.

Bu il mart ayında ənənəvi iki deyil, üç bayram qeyd olunur. Martın 8-i – Beynəlxalq Qadınlar Günü rəsmi qeyri-iş günüdür. Tarix bazar gününə təsadüf etdiyindən, qanunvericiliyə uyğun olaraq 9 mart da istirahət günü olacaq. Beləliklə, beşgünlük iş rejimində çalışanlar ardıcıl üç gün dincələcəklər.

Bundan əlavə, bu il Novruz və Ramazan bayramları eyni dövrə düşür. Novruz bayramı 20–24 mart tarixlərini əhatə edir. 21 və 22 mart şənbə və bazar günlərinə təsadüf etdiyindən, 25 və 26 mart da qeyri-iş günü elan edilir.

Ramazan bayramı isə 20 və 21 martda qeyd olunur. Bu günlər digər bayram və istirahət günləri ilə üst-üstə düşdüyü üçün qanunvericiliyə əsasən növbəti iş günləri də istirahət sayılır. Beləliklə, 27 və 30 mart da qeyri-iş günü olacaq.

Nəticədə, 20 martdan 30 martadək olan dövr tam şəkildə istirahət günlərini əhatə edir. 31 mart isə bayramlardan sonrakı ilk iş günü olacaq.

Ümumilikdə, şənbə və bazarlar da daxil olmaqla mart ayında 17 gün iş olmayacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.