Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qəbul üçün son günlər

Universitet və kolleclərə ərizə qəbulu martın 5-də başa çatır, 112 mindən çox abituriyent artıq qeydiyyatdan keçib

102

Ali təhsil müəssisələrinə (11 illik təhsil bazasında) və ümumi orta təhsil (9 illik) əsasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün elektron ərizələrin qəbulu fevralın 18-dən start götürüb və martın 5-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, prosesdə həm bu ilin, həm də əvvəlki illərin məzunları iştirak edə bilərlər.

Hazırda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ümumilikdə 112 693 nəfər qeydiyyatdan keçib. Onlardan 110 317 nəfər ali məktəblər, 101 975 nəfər isə kolleclər üzrə ərizə təqdim edib.

Bildirilib ki, 2025-ci il buraxılış və ya test imtahanının birinci mərhələsinin nəticələrinə əsasən müsabiqəyə qoşulanların sayı 2156 nəfərdir. Həmçinin 2025-ci ildə “Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə test imtahanında “məqbul” qiymət alaraq cari ildə həmin imtahanda iştirak etmədən müsabiqəyə buraxılan abituriyentlərin sayı 908 nəfər təşkil edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.