Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Milli Məclisin adının dəyişdirilməsi təklifi gündəmə gəldi

Vitse-spiker “Millət Məclisi” adını təklif etdi, komitə sədri məsələni siyasi qərarla əlaqələndirdi

42

Parlamentin bugünkü plenar iclasında maraqlı təşəbbüs səsləndirilib. Milli Məclisin vitse-spikeri Rafael Hüseynov qanunverici orqanın adının dəyişdirilərək “Millət Məclisi” kimi rəsmiləşdirilməsini təklif edib.

Vitse-spiker bildirib ki, Azərbaycan dilinin qrammatik normalarına əsasən “Milli Məclis” deyil, “Millət Məclisi” ifadəsi daha düzgün hesab olunmalıdır.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa məsələ ilə bağlı münasibət bildirərək təşəbbüsü diqqətəlayiq adlandırıb. Onun sözlərinə görə, bu cür təkliflər mütləq şəkildə nəzərdən keçirilməlidir:

“Rafael müəllim tanınmış alim və şərqşünasdır. Onun fikirləri hər zaman maraq doğurur. Lakin düşünürəm ki, bu məsələ daha çox siyasi xarakter daşıyır. Əgər qrammatik qaydalara əsaslansaq, bir çox qurumların adlarında da dəyişiklik etməli olarıq. Hər halda, bu mövzu geniş müzakirə olunmalıdır. Siyasi qərar və uyğunluq olarsa, məsələyə baxmaq mümkündür”, – deyə komitə sədri qeyd edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.