Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda iş saatları ilə bağlı yeni təkliflər

Ombudsmanın 2025-ci il məruzəsində xüsusi xəstəlikləri olan və əlilliyi yüksək olan ailə üzvünə qulluq edən şəxslər üçün qısaldılmış iş vaxtının tətbiqi irəli sürülüb

40

Azərbaycanda əmək münasibətləri sahəsində yeni dəyişikliklər təklif olunur. Məqsəd işçilərin fiziki və psixoloji sağlamlığının qorunması, həmçinin ailə və iş həyatı arasında balansın daha səmərəli təmin edilməsidir. Bu çərçivədə gündəlik və həftəlik iş vaxtı normalarının yenidən nəzərdən keçirilməsi irəli sürülüb.

Məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılan İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində əksini tapıb.

Təkliflər paketində müəyyən xəstəliklərdən əziyyət çəkən və ya xüsusi qayğıya ehtiyacı olan ailə üzvü olan şəxslər üçün əlavə güzəştlərin tətbiqi nəzərdə tutulur. Söhbət ağır şəkərli diabet və dağınıq skleroz diaqnozu olan işçilərdən, eləcə də himayəsində 81–100 faiz orqanizm funksiyalarının pozulması müəyyən edilmiş ailə üzvü olan şəxslərdən gedir.

Həmin kateqoriyaya daxil olan işçilər üçün Əmək Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq qısaldılmış iş vaxtının tətbiqi və iş normalarının yenidən müəyyənləşdirilməsi təklif edilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.