Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib

Telefon danışığı zamanı Azərbaycan və Türkiyə liderləri ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərini müzakirə ediblər

51

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə səmimi qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və dövlətçilik fəaliyyətində yeni uğurlar arzulayıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və xoş sözlərə görə təşəkkürünü ifadə edib.

Telefon danışığı zamanı liderlər iki ölkə arasında gələcək əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.