Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Pezeşkian: İğtişaşlarda 2 mindən çox mülki şəxs ölüb

İran Prezidenti Trampın “32 min etirazçı öldürülüb” iddiasını təkzib etdi, rəsmi statistikanın açıqladığını bildirdi

53

İran Prezidenti Məsud Pezeşkian yanvar ayında baş vermiş kütləvi iğtişaşlar zamanı təxminən 400 hərbçi və 2000 mülki şəxsin həlak olduğunu bildirib.

O, ABŞ Prezidenti Donald Trampın 32 min etirazçının öldürüldüyünə dair səsləndirdiyi fikirləri qətiyyətlə təkzib edib.

Pezeşkian qeyd edib ki, İranın “şər və terrorun mərkəzi” kimi təqdim olunması həqiqəti əks etdirmir. “Biz terrorçuyuqmu? İnsanları bizmi qətlə yetiririk? ABŞ Prezidenti dünən bəyan etdi ki, İran 32 min nəfərin kütləvi qırğınını törədib. Belə bir hadisə baş veribmi?” – deyə o bildirib.

Prezident əlavə edib ki, rəsmi statistika ictimaiyyətə açıqlanıb və adları göstərilən şəxslərin hətta pasport məlumatları təqdim edilib. Onun sözlərinə görə, rəqəmlərin daha yüksək olduğunu iddia edənlər bunu sübut etməlidirlər. Pezeşkian vurğulayıb ki, açıqlanan məlumatlara əsasən, ölənlərin 2000-dən çoxu mülki şəxslər, 300-400 nəfəri isə hüquq-mühafizə orqanlarını qoruyan hərbçilər olub.

Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçi yanvar hadisələri zamanı ümumilikdə 3117 nəfərin həyatını itirdiyini bildirmişdi.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.