Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Paytaxtda iri narkotik əməliyyatı

51 kiloqramdan artıq marixuana və 2999 metadon həbi aşkarlandı, saxlanılan şəxs barəsində həbs qərarı verildi

65

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri davam etdirilir.

Keçirilən son əməliyyat zamanı əvvəllər güclü təsirə malik psixotrop maddələrin satışına görə məhkum olunmuş Fuad Həsənov saxlanılıb.

Onun idarə etdiyi nəqliyyat vasitəsinə və paytaxt ərazisində gizlətdiyi ünvana baxış keçirilərkən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 51 kiloqram 555 qram marixuana və 2999 ədəd metadon həbi aşkar edilərək götürülüb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri İran vətəndaşının göstərişi əsasında müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırıb.

Fakt üzrə cinayət işi açılıb, məhkəmənin qərarı ilə Fuad Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.