Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Aİ Çin mənşəli bəzi xammallara nəzarəti sərtləşdirir

Çirklənmiş körpə qidası qalmaqalından sonra araxidon turşusu yağı yalnız laboratoriya yoxlamasından və sertifikat təqdimindən sonra idxal ediləcək

69

Avropa İttifaqı () çirklənmiş körpə qidası ilə bağlı son qalmaqaldan sonra Çindən idxal olunan bəzi xammalın yoxlanmasını gücləndirib.

Almaniyanın Spiegel nəşrinə istinadən verilən xəbərə görə, Aİ qərara alıb ki, Çindən gətirilən araxidon turşusu yağı yalnız laboratoriya sınaqlarından keçdikdən və sereulid toksini üçün müvafiq sertifikat təqdim olunduqdan sonra İttifaq ərazisinə buraxılsın. Yeni qaydalar sabahdan qüvvəyə minir və gömrük orqanları idxal olunan partiyaların ən azı 50%-ni sertifikat baxımından yoxlayacaq.

Qərarın əsas səbəbi dekabr ayında 60-dan çox ölkədə körpə qidalarının geri çağırılmasına səbəb olmuş hadisələrdir. Hadisə zamanı iri istehsalçılar – o cümlədən Nestlé, DanoneLactalis – məhsullarını satışdan çıxarıblar. Məlumata görə, sereulid toksini təchizatçıların birindən gələn araxidon turşusu yağında aşkarlanıb.

Avropa Qida Təhlükəsizliyi Agentliyi və Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin məlumatına görə, azı yeddi Avropa ölkəsində uşaqlar arasında xəstələnmə halları qeydə alınıb. Sereulid toksini ishal, qusma və digər sağlamlıq problemlərinə səbəb ola bilər.

Aİ rəsmiləri bildirirlər ki, sərtləşdirilmiş nəzarət mexanizmi istehlakçıların təhlükəsizliyini gücləndirmək və körpə qidalarının keyfiyyətinə tam nəzarəti təmin etmək məqsədini daşıyır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.