Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Neft-qaz sənayesində su istifadəsinin səmərəliliyi artırılacaq

SOCAR yaxın illərdə şirin su istehlakını azaltmaq və hasilat-emal proseslərində su resurslarının idarə olunmasını təkmilləşdirmək üçün strateji təşəbbüslər hazırlayır

55

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ətraf mühitin idarə olunması üzrə şöbə rəisi Mədinə Hacıyeva bildirib ki, neft-qaz sənayesi istehsal proseslərinin fasiləsizliyi, texnoloji təhlükəsizlik və məhsul keyfiyyətinin təmin olunması baxımından su resurslarına böyük ölçüdə bağlıdır. Bu asılılıq xüsusilə hasilat və emal mərhələlərində daha çox nəzərə çarpır.

Onun sözlərinə görə, sənayedə ümumi su istehlakının təxminən 80%-i məhz hasilat və emal sahələrinin payına düşür. Hacıyeva vurğulayıb ki, SOCAR yalnız neft və qazın kəşfiyyatı və hasilatı ilə deyil, həmçinin neft-kimya məhsullarının istehsalını əhatə edən geniş emal əməliyyatları ilə də məşğuldur. Bu isə istehsal müəssisələrində böyük həcmdə su resurslarının istifadəsini labüd edir.

Şöbə rəisi əlavə edib ki, SOCAR həm dəniz suyu, həm də şirin sudan istifadə edir və yaxın gələcəkdə şirin su istehlakının intensivliyini azaltmaq məqsədilə strateji təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.