Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Vaşinqtonda Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı kampaniya keçirilib

LED ekranlı avtomobillər şəhərin mərkəzi küçələrində hərəkət edərək beynəlxalq ictimaiyyəti Xocalı qurbanlarının xatirəsini yad etməyə və ədaləti dəstəkləməyə çağırıb

89

ABŞ-nin paytaxtı Vaşinqtonda Xocalı faciəsinin 34-cü ildönümü münasibətilə genişmiqyaslı məlumatlandırma kampaniyası keçirilib. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə reallaşdırılıb.

Aksiya çərçivəsində LED ekranlarla təchiz edilmiş avtomobillər şəhərin mərkəzi küçələrində hərəkət edərək bir sıra strateji əhəmiyyətli dövlət qurumlarının önündən keçib. Marşruta ABŞ Konqresinin binası, Ağ Ev, Dövlət Departamenti, Pentaqon və digər rəsmi obyektlər daxil edilib.

Kampaniyanın məqsədi Xocalı faciəsi barədə beynəlxalq ictimaiyyətin məlumatlılığını artırmaq, qurbanların xatirəsini yad etmək və ədalət çağırışını bir daha dünya gündəminə çıxarmaq olub. LED ekranlarda “Xatırla, hörmət et, düşün – Xocalı 1992”, “34 il sonra hər bir ruhu anırıq”, “Xocalı faciəsi unudulmamalıdır” kimi mesajlar nümayiş etdirilib.

Aksiya çərçivəsində dünya ictimaiyyətinə faciəni unutmamaq, qurbanların xatirəsinə ehtiram göstərmək və ədalətin bərqərar olunmasına dəstək vermək çağırışı edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.