Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Vilayət Eyvazov Yevlaxda vətəndaş qəbulu keçirəcək

Daxili İşlər Nazirliyinin məlumatına görə, qəbul və sıra baxışı Yevlaxda martın 2-də təşkil olunacaq

51

Daxili işlər naziri Yevlaxda vətəndaşları qəbul edəcək və sıra baxışı keçirəcək.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov martın 2-də Yevlax rayonunda növbəti vətəndaş qəbulunu təşkil edəcək. Həmin gün polis orqanlarında, eləcə də daxili qoşunlarda xidmət etmək istəyən gənclərin sıra baxışı da baş tutacaq.

Bu barədə məlumat Daxili İşlər Nazirliyi tərəfindən yayılıb və qurumun rəsmi informasiya resurslarında paylaşılıb.

Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında keçiriləcək qəbulda Yevlax, Mingəçevir, Ağdaş, Ucar və Kürdəmir rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar 1 mart 2026-cı il tarixədək yaşadıqları ərazi üzrə polis orqanına müraciət edə, həmçinin Nazirliyin “E-Polis” mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron portalı və sosial şəbəkə hesabları vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Polis və daxili qoşunlarda xidmətə qəbul olunmaq istəyən namizədlərin sıra baxışı martın 2-də saat 08:00-da Yevlax Olimpiya İdman Kompleksində keçiriləcək.

Qəbul və sıra baxışında iştirak edən şəxslərdən şəxsiyyət vəsiqəsi təqdim etmələri tələb olunur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.