Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qubada Cümə məscidinə ziyarət

Leyla Əliyeva və Alena Əliyeva XIX əsrə aid tarixi ibadət ocağı ilə tanış olublar.

52

Fevralın 24-də Leyla Əliyeva və Alena Əliyeva Quba rayonuna səfərləri çərçivəsində şəhərin tanınmış tarixi-memarlıq abidələrindən biri olan Cümə məscidində olublar.

Ziyarət zamanı məscidin imamı Seyran Fərəczadə və dini icmanın sədri İlqar Bayramov qonaqlara məscidin tarixi və fəaliyyəti barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, XIX əsrə aid olan bu ibadət ocağı bölgənin dini və mədəni həyatında xüsusi əhəmiyyətə malikdir.

Bildirilib ki, məsciddə Quran kursu da fəaliyyət göstərir. Leyla Əliyeva və Alena Əliyeva kursun keçirildiyi otaqla da tanış olublar.

Səfərin sonunda onlara “Qurani-Kərim” hədiyyə edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.