Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İranda tələbə etirazları genişlənir: Universitetlərdə gərginlik artır

Əmir-Kəbir Universitetindən başlayan aksiyalar digər şəhərlərə yayılıb, bəzi yerlərdə İran bayrağının yandırıldığı bildirilir

35

İranda son günlər tələbə etirazları genişlənib və bir sıra ali təhsil müəssisələrini əhatə edib. Ölkə ətrafında geosiyasi gərginliyin artdığı, ABŞ-nin İrana qarşı mümkün hərbi addımları ilə bağlı müzakirələrin intensivləşdiyi bir vaxtda daxildə də diqqətçəkən proseslər baş verir. Müşahidəçilər hesab edirlər ki, hazırda ən həssas hadisələr məhz ölkə daxilində cərəyan edir.

Məlumata görə, etirazlar fevralın 21-də Tehrandakı Əmir-Kəbir Universitetində başlayıb. Həmin gün həm yeni semestrin ilk günü, həm də yanvar aksiyalarında həyatını itirənlərin qırx mərasiminə təsadüf edib. İlkin mərhələdə universitet rəhbərliyi anım tədbirlərinin qapalı məkanda keçirilməsinə çalışsa da, tələbələr kampus ərazisinə çıxaraq müxtəlif şüarlar səsləndiriblər.

Qısa müddət ərzində aksiyalar digər ali məktəblərə və şəhərlərə də yayılıb. Bildirilir ki, bəzi yerlərdə etirazlar zamanı İran İslam Respublikasının bayrağı yandırılıb.

Məlumatlarda qeyd olunur ki, proseslərin genişlənməsinin qarşısını almaq üçün hakimiyyət bir sıra addımlar atıb. Bir tərəfdən hökumətyönlü tələbə qruplarının aksiyalara cəlb edildiyi, digər tərəfdən isə “Bəsic” qüvvələrinin universitet şəhərciklərinə yerləşdirildiyi bildirilir. Məqsəd etirazların miqyasını məhdudlaşdırmaq və nəzarəti bərpa etmək kimi qiymətləndirilir.

Hazırda ölkədə vəziyyətin necə inkişaf edəcəyi diqqətlə izlənilir

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.