Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Pavel Durov Rusiyada açılan cinayət işinə münasibət bildirib

Telegram qurucusu “terrorizmə kömək” ittihamı ilə açılan işi tənqid edərək, Rusiya hakimiyyətinin vətəndaşların şəxsi həyat və söz azadlığını boğmağa çalışdığını bildirib

46

Pavel Durov Rusiyada açılan cinayət işi barədə danışdı

Telegram-ın qurucusu Pavel Durov Rusiyada ona qarşı açılmış cinayət işi ilə bağlı açıqlama verib. O, şəxsi Telegram hesabında yazıb ki, Rusiya hakimiyyəti onu “terrorizmə kömək etmək” ittihamı ilə cinayət məsuliyyətinə cəlb edib.

Durov qeyd edib ki, “Hakimiyyət orqanları hər gün rus vətəndaşlarının şəxsi həyat və söz azadlığı hüquqlarını boğmağa çalışır, eyni zamanda onların Telegram-a çıxışını məhdudlaşdırmaq üçün yeni bəhanələr axtarırlar”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.