Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Milli Məclisdə “Böyük Qayıdış” müzakirəsi

Deputatlar yenidənqurma prosesini dəyərləndirdi, köçlə bağlı fikirlər səsləndirildi

24

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar gündəlik məsələlərlə yanaşı, “Böyük Qayıdış” prosesinə də toxunublar.

Deputat Vüqar Bayramov çıxışında qeyd edib ki, Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün indiyədək təxminən 23 milyard manat vəsait ayrılıb. Onun sözlərinə görə, 2026-cı il də daxil olmaqla bu istiqamətdə əlavə 3,7 milyard manatın ayrılması planlaşdırılır.

Deputat vurğulayıb ki, beləliklə, 2026-cı ilin sonunadək yalnız dövlət büdcəsi hesabına işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə ümumilikdə 26 milyard manatdan çox vəsait yönəldilmiş olacaq. Bu maliyyə resursları çərçivəsində infrastruktur layihələrinin icrası, yaşayış məntəqələrinin salınması, eləcə də sosial və kommunal xidmətlərin bərpası həyata keçirilir.

Milli Məclisin sədri Sahibə Qafarova da çıxışa münasibət bildirərək Qarabağda aparılan yenidənqurma işlərini və qayıdış prosesini yüksək qiymətləndirib. O qeyd edib ki, bu günədək həmin ərazilərə köçürülmə məcburi xarakter daşımayıb.

Xatırladaq ki, deputat Razi Nurullayev isə əvvəlki çıxışında Qarabağa köçən bəzi şəxslərin sonradan yenidən Bakıya qayıtdığını iddia etmişdi.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.