Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Macarıstan Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını və Ukrayna kreditini blokladı

Budapeştin veto qərarı, Ukraynaya kredit dəstəyinə razılıq verilməməsi və neft tədarükünün bərpası ilə bağlıdır.

48

Macarıstan Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etməyi planlaşdırdığı 20-ci sanksiya paketinə və Ukraynaya ayrılacaq 90 milyard avroluq kreditə veto qoyub.

Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyyarto Aİ xarici işlər nazirlərinin Brüsseldəki görüşündən sonra açıqlama verib. Nazir bildirib ki, veto qərarının əsas səbəbi Rusiyadan Macarıstana Drujba boru kəməri vasitəsilə neft tədarükünün dayandırılmasıdır.

Siyyarto jurnalistlərə bildirib ki, “Ukraynaya 90 milyard avroluq krediti dəstəkləməyəcəyimizi açıq şəkildə ifadə etmişəm, çünki ukraynalılar bizi şantaj edirlər.” O əlavə edib ki, Budapeştin mövqeyini dəyişmək üçün əsas şərt Macarıstana neft tədarükünün bərpasıdır.

Nazir həmçinin vurğulayıb ki, bu, Macarıstanın hazırkı mövqeyidir və bu səbəbdən bu gün nə sanksiyalar paketinə, nə də Ukraynaya veriləcək kreditə dair hər hansı qərar qəbul edilməyib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.