Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə ailə mübahisəsi bıçaqlanma ilə nəticələndi

Gənc qadın xəstəxanaya yerləşdirildi, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanıldı

73

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb. Teleqraf-a istinadən xəbər veririk ki, hadisə Dilarə Əliyeva küçəsində yerləşən yaşayış binasındakı mənzillərdən birində baş verib.

Məlumata görə, şəhər sakini, 26 yaşlı Emin Kərimov aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı, 23 yaşlı Təranə Kərimovaya kəsici alətlə xəsarətlər yetirib. Yaralı qadın dərhal xəstəxanaya çatdırılıb və tibbi yardım göstərilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Fakt üzrə araşdırma aparılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.