Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ və İran fevralın 27-də yeni danışıqlar üçün hazırlaşır

Tramp administrasiyası Tehrandan detallı təklif gözləyir və müvəqqəti nüvə razılaşması variantını da müzakirə edə bilər

25

ABŞ tərəfi bildirib ki, əgər yaxın 48 saat ərzində Tehrandan nüvə sazişi ilə bağlı detallı təklif daxil olarsa, fevralın 27-də Cenevrədə növbəti danışıqlar mərhələsini keçirməyə hazırdır.

“Axios” nəşrinin ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, bu addım ABŞ və İsrailin mümkün hərbi əməliyyatları başlamazdan əvvəl İrana təqdim edilən son fürsət kimi qiymətləndirilir. Tramp administrasiyası hazırda İranın cavabını gözləyir.

Eyni zamanda, məlumatda qeyd olunur ki, tərəflər hərtərəfli nüvə sazişinə nail olunmazdan öncə müvəqqəti razılaşma variantını da nəzərdən keçirə bilərlər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.