Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi bəlli oldu
Ülviyyə Fətəliyeva finalda Ayan Allahverdiyevanı tay-brekdə məğlub edərək ilk dəfə ölkə çempionu titulunu qazandı
Qadın şahmatçılar arasında keçirilən Azərbaycan çempionatında qalib və mükafatçılar müəyyənləşib.
Üçüncülük uğrunda qarşılaşmada Gülnar Məmmədova Türkan Məmmədyarovaya 1,5:0,5 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.
Final mərhələsində isə Ülviyyə Fətəliyeva Ayan Allahverdiyeva ilə üz-üzə gəlib. Əsas oyunlardan sonra qalib tay-brekdə müəyyənləşib. 1,5:0,5 hesablı üstünlüklə qələbə qazanan Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu tituluna sahib çıxıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.