Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Aİ nümayəndələri Ermənistanda strateji gündəliyi müzakirə edib

Brüssel 202,5 milyon avroluq yardım öhdəliyini təsdiqlədi, tərəflər nəqliyyat, enerji və rəqəmsal sahələrdə əməkdaşlığı genişləndirməyi nəzərdən keçirdi

31

Avropa İttifaqının nümayəndə heyəti Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kosun martın 19-20-də nəzərdə tutulan səfəri və ilk Aİ–Ermənistan sammiti öncəsi yeni strateji gündəliyin hazırlanması prosesində əldə olunan nəticələri qiymətləndirmək üçün Ermənistana işgüzar səfər edib.

Bu barədə məlumatı “The Brussels Times” nəşri yayıb.

Bildirilir ki, Aİ Ermənistana 202,5 milyon avro həcmində maliyyə dəstəyi göstərmək öhdəliyini bir daha təsdiqləyib.

Avropa Komissiyasının çərşənbə günü açıqladığı bəyanata görə, tərəflər arasında aparılan danışıqlar əsasən nəqliyyat, enerji və rəqəmsal infrastruktur sahələrində regional əlaqələrin gücləndirilməsinə yönəlib. Müzakirələr zamanı, həmçinin Aİ-nin regionlararası bağlantı proqramı ilə yanaşı, Ermənistanın irəli sürdüyü “Sülh kəsişməsi” təşəbbüsünə də dəstək ifadə olunub.

Səfər çərçivəsində Ermənistanla razılaşdırılmış prioritet layihələrə Aİ-nin mümkün dəstək mexanizmləri nəzərdən keçirilib, ticarət əlaqələri və mobillik kimi vacib istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.