Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yazın Azərbaycana gəliş vaxtı məlum oldu

Martın 20-də gecə ilə gündüz bərabərləşəcək, yaz mövsümü 92 gün davam edəcək

108

Yaz fəslinin Azərbaycana gəlmə vaxtı məlum olub. Bu il yazın başlanğıcı martın 20-si saat 18:45:53-ə təsadüf edəcək.

Həmin anda gecə ilə gündüzün müddəti bərabərləşəcək. Günəş şərq nöqtəsindən doğaraq qərbdə batacaq. Səma cisminin ekliptika üzrə hərəkəti zamanı ekvator xətti kəsiləcək və Günəş Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Bu məqamdan etibarən Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız mövsümü başlayacaq.

Qeyd edək ki, yaz fəslinin davametmə müddəti 92 gün 17 saat 38 dəqiqə 28 saniyə təşkil edəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.