Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tramp: Bəzi ölkələr Sülh Şurası üçün “baş ağrısıdır”

ABŞ Prezidenti bildirib ki, Qəzza üzrə yaradılan təşəbbüsə əksər ölkələr qoşulub, tərəddüd edənlər isə yaxın vaxtlarda iştirak edəcək; Norveç tədbirə ev sahibliyi etməyə razılıq verib.

61

ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının ilk iclasında çıxışı zamanı Qəzza zolağındakı vəziyyətin nizamlanması üçün yaradılan təşəbbüsə dəvət olunan ölkələrin əksəriyyətinin artıq qoşulduğunu bildirib.

Onun sözlərinə görə, demək olar ki, bütün dəvət edilən ölkələr iştirakla bağlı razılıq verib, tərəddüd edənlər isə yaxın vaxtlarda təşəbbüsə qoşulacaqlar. “Əksər dövlətlər dərhal iştirak etməyə razılaşdı. Qoşulmayanlar da qoşulacaq. Bəzi ölkələrə isə ehtiyacımız yoxdur, çünki onlar problem yaradırlar. Onlarla ayrıca məşğul olacağıq”, – deyə Tramp vurğulayıb. O, hansı ölkələri nəzərdə tutduğunu açıqlamayıb.

ABŞ Prezidenti həmçinin bildirib ki, Norveç Sülh Şurasının tədbirinə ev sahibliyi etməyə razılıq verib. Tramp qeyd edib ki, əvvəllər Norveçin təşəbbüsə qoşulub-qoşulmayacağı ilə bağlı qeyri-müəyyənlik var idi.

Çıxışı zamanı Tramp yeni əməkdaşlıq formatının əhəmiyyətini də xüsusi vurğulayıb. Onun fikrincə, təşəbbüs həm səlahiyyət, həm də təsir baxımından indiyədək yaradılmış ən güclü platformalardan biridir və burada dünyanın aparıcı liderləri təmsil olunur.

ABŞ Prezidenti əlavə edib ki, iştirakçı ölkələr regionda sabitliyin təmin edilməsi məqsədilə birgə fəaliyyət göstərmək niyyətindədirlər. “Biz Qəzza xalqı, Yaxın Şərq və bütövlükdə dünya üçün daha sabit və parlaq gələcək naminə birlikdə çalışırıq”, – deyə Tramp bildirib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.