Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xətai rayonunda evdən oğurluq hadisəsi

Zərərçəkənin qohumu tərəfindən törədilən oğurluqda 9 min manat nağd pul və qızıl-zinət əşyaları ələ keçirilib

35

Bakının Xətai rayonunda bir evdən oğurluq hadisəsi baş verib.

Zərərçəkən polisə bildirib ki, naməlum şəxs evindən 9 min manat nağd pul və 1 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 28 yaşlı Ə. İmanov saxlanılıb. Araşdırmalar göstərib ki, saxlanılan şəxs zərərçəkənin qohumudur və oğurladığı pulları şəxsi əyləncəsinə xərcləyib.

Faktla bağlı cinayət işi açılıb və araşdırmalar davam etdirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.