Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Hindistandan gətirilən bioloji aktiv qida məhsulu məhv edilib

Qida Təhlükəsizliyi Agentliyi 4500 ədəd “Pregnola”nı normativ tələblərə cavab vermədiyi üçün zərərsizləşdirib

45

Hindistandan idxal olunan 4500 ədəd “Pregnola” əmtəə nişanlı bioloji aktiv qida məhsulu məhv edilib. Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, nəzarət tədbirləri zamanı “Beneva” MMC tərəfindən gətirilmiş və “JMB Pharmaceuticals” müəssisəsində istehsal olunmuş məhsul (01.05.2025–01.04.2027-ci il istehsal və son istifadə tarixi ilə) yoxlamalara cəlb olunub. Sınaqlar nəticəsində partiyanın normativ tələblərə uyğun olmadığı aşkarlanıb və Agentlik tərəfindən məhv edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.