Bizimlə həyatınız həmişə işıqlı olacaq!

FHN əhaliyə güclü külək və yağıntı ilə bağlı xəbərdarlıq etdi

Fevralın 20-si bəzi bölgələrdə hava şəraiti təhlükəli ola bilər – təhlükəsizlik qaydalarına əməl edin

47

Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 20-si səhərədək bəzi yerlərdə güclü külək əsəcək, hava fasilələrlə yağıntılı keçəcək və bəzi ərazilərdə intensiv olacaq. Havanın temperaturu isə əvvəlki günlərlə müqayisədə 4-6 dərəcə enəcək.

FHN vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, reklam lövhələrindən, hündür ağacların və elektrik dirəklərinin altında dayanmamaq tövsiyə olunur. Həmçinin, külək yanğınların söndürülməsini çətinləşdirdiyindən yanğın təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir. Kiçikhəcmli gəmi və qayıq istifadəçiləri isə bu cür hava şəraitində dənizə çıxmamalıdır.

Soyuq hava şəraiti qaz və elektrik qızdırıcılarından istifadəni artırır. FHN bildirir ki, bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməli, dəm qazı təhlükəsinə qarşı diqqətli davranılmalıdır. Nasaz, qeyri-standart və ya özünəməxsus hazırlanmış qızdırıcılar işlədilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli və qızdırıcı cihazlar nəzarətsiz buraxılmamalıdır.

Qaydalara biganəlik həyat üçün təhlükəlidir. Təhlükə yarandığı halda 112 xidmətinə zəng edin.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.