Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ Suriyadan çəkilir

ABŞ Suriyadakı bütün hərbi kontingentini növbəti iki ay ərzində çıxaracaq

25

ABŞ Suriyadakı qoşunlarını tədricən geri çəkəcək. Hazırda ölkədə təxminən 1000 amerikalı hərbçi xidmət aparır və onların hamısının növbəti iki ay ərzində çıxarılması planlaşdırılır. Bu barədə “Wall Street Journal” qəzetinin mənbələri məlumat verib.

Əvvəllər Amerika ordusu Suriyanın şimal-şərqində yerləşən Haseke əyalətindəki əl-Şəddadi bazasından qoşunlarını geri çəkmişdi. Bu baza artıq Suriya ordusunun nəzarətinə keçib və idarəçilik Amerika tərəfi ilə koordinasiyalı şəkildə həyata keçirilmişdir. Ötən həftə ABŞ qüvvələri Suriyanın cənubundakı ət-Tanf bazasından da çıxarılıb.

2025-ci ilin aprelində “The New York Times” qəzeti ABŞ-ın Suriyadakı qoşun sayını azaltmağa başladığını xəbər vermişdi. Ordu şimal-şərqdəki səkkiz bazasından üçünü bağlayaraq qoşun sayını 2000-dən 1400-ə endirməyi planlayırdı. Eyni zamanda amerikalı komandirlər Suriyada ən azı 500 Amerika əsgərinin qalmasını tövsiyə ediblər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.