Erməni politoloqdan müxalifətə mesaj
Harutyun Mkrtçyan sülh sazişinin pozulmasının real olmadığını deyir
Erməni politoloq Harutyun Mkrtçyan bildirib ki, Ermənistanın müxalif siyasi qüvvələrinin Azərbaycanla imzalanması nəzərdə tutulan sülh sazişini pozmaq imkanları yoxdur.
Onun sözlərinə görə, Rusiyadan istiqamət alan bu qüvvələr mövcud xarici siyasət kursunu dəyişəcək gücə malik deyillər. Mkrtçyan qeyd edib ki, onların nə sülh müqaviləsini pozmaq, nə də Qarabağı yenidən nəzarətə götürmək imkanları var.
Politoloq əlavə edib ki, iyunun 7-də keçiriləcək parlament seçkilərində yenidən hakim Vətəndaş Müqaviləsi partiyasının qələbə qazanacağını düşünür. O bildirib ki, seçicilər ölkəyə sülh və sabitlik vəd edən siyasi qüvvəyə üstünlük verəcəklər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.