Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Göyçayda çay evində dava ölümə səbəb oldu

36 yaşlı rayon sakini mübahisə zamanı pilləkənlərdən yıxılaraq həyatını itirdi, bir nəfər saxlanıldı

55

Göyçayda çay evində baş verən insident ölümə səbəb olub.

Hadisə fevralın 16-da axşam saatlarında şəhər ərazisində yerləşən çayxanalardan birində qeydə alınıb. İlkin məlumata görə, rayon sakini 36 yaşlı Cavid Əhmədov hündürlükdən yıxılaraq ağır xəsarətlər alıb və xəstəxanada vəfat edib.

Araşdırma zamanı məlum olub ki, obyekt daxilində C. Əhmədovla 31 yaşlı Mehman Əsgərov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı C. Əhmədov pilləkənlərdən yıxılıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində M. Əsgərov saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.