Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ermənistanda hərbi parad hazırlıqları

Parlament seçkilərinə bir neçə gün qalmış baş tutacaq paradın məqsədi ölkədəki vəziyyəti güclü göstərməkdir

33

Ermənistan hakimiyyəti parlament seçkilərindən əvvəl hərbi parad keçirməyi planlaşdırır. “Hraparak”ın məlumatına görə, parad mayın 28-də təşkil olunacaq və bu, seçkilərdən bir neçə gün əvvələ təsadüf edir. Qeyd edək ki, parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Nəşr bildirir ki, müharibədə Azərbaycana məğlubiyyət fonunda baş tutacaq parad reklam xarakteri daşıyacaq. Paradın hazırlıqlarına dekabr ayında start verilib və Ermənistan Müdafiə Nazirliyi hərbi hissələrdən hər iki cinsdən hərbi qulluqçuların uyğun görünüş xüsusiyyətləri ilə seçilməsini tapşırıb. Hazırda təlimlər və məşqlər davam edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.