ABŞ-ın vitse-prezidenti İrana xəbərdarlıq etdi
Ceyms Vens bildirir ki, Tehran hələ qırmızı xətləri qəbul etməyə hazır deyil və nüvə silahı əldə etməsi bölgədə təhlükə yarada bilər
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, bəzi danışıqlar irəliləsə də, İran hələ də Donald Tramp dövründə müəyyən edilmiş qırmızı xətləri qəbul etmək və müzakirə etməyə hazır deyil.
O qeyd edib ki, ABŞ üçün prioritet İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır:
“Vaşinqton Yaxın Şərqdə nüvə silahlarının yayılmasını önləməyi vacib hesab edir. Əgər Tehran nüvə bombası hazırlasa, bölgədə nəzarətsiz silah yarışına yol açar. ABŞ-ın müəyyən etdiyi qırmızı xətlər mövcuddur və əsas məqsədimiz İrana nüvə silahı əldə etməyə imkan verməməkdir. Nüvə silahlarının yayılmasını istəmirik. Əgər İran buna nail olsa, digər rejimlər – bəziləri dost, bəziləri isə elə də dost olmayanlar – nüvə silahı əldə etməyə çalışacaq və bu, ABŞ üçün ciddi təhlükə olar”.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.