Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“e-FHN” mobil tətbiqi istifadəyə verildi

Vətəndaşlar artıq müraciət, ödəniş və icra statusunu onlayn şəkildə izləyə biləcəklər

43

Rəqəmsal xidmətlərin genişləndirilməsi və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən Elektron xidmətlər sisteminin mobil versiyası – “e-FHN” istifadəyə verilib.

Yeni tətbiq vasitəsilə vətəndaşlar müxtəlif xidmətlər üzrə müraciətlərini elektron qaydada göndərə, cərimələrlə bağlı məlumatları izləyə və qeydiyyat prosesini avtomatlaşdırılmış şəkildə həyata keçirə bilərlər. İstifadəçilər sistemə daxil olaraq qeydiyyatdan keçir və Nazirliyin təqdim etdiyi xidmətlərdən rahat şəkildə faydalanırlar.

“e-FHN” müraciətlərin onlayn qəbulu, icra vəziyyətinin izlənməsi, bildirişlərin əldə olunması, ödənişlərin aparılması və digər funksiyaları özündə birləşdirir.

Mobil tətbiqin istifadəyə verilməsi elektron hökumət təşəbbüslərinin dəstəklənməsi, dövlət xidmətlərinə çıxışın sadələşdirilməsi və vətəndaş məmnunluğunun artırılması baxımından mühüm addım kimi qiymətləndirilir. Nazirlik rəqəmsallaşma istiqamətində həyata keçirdiyi layihələrlə daha operativ, şəffaf və əlçatan xidmətlərin göstərilməsini davam etdirir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.