Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xameneidən Trampa sərt mesaj: “İranı diz çökdürə bilməyəcəksiniz”

İranın Ali rəhbəri ABŞ-ın hərbi güc iddialarına cavab verərək Vaşinqtonu tənqid edib, Tehranın müdafiə imkanlarını gücləndirməsinin zəruri olduğunu bildirib.

28

İranın Ali rəhbəri Əli Xamenei ABŞ Prezidenti Donald Trampın “dünyanın ən güclü ordusu” ilə bağlı açıqlamasına sərt reaksiya verib.

O bildirib ki, hərbi gəmilər təhlükəli vasitələr sayılsa da, onlardan daha təhlükəlisi həmin gəmiləri məhv edə biləcək silahlardır. Xamenei vurğulayıb ki, özünü yenilməz hesab edən ordu gözlənilməz zərbə ilə üzləşə bilər.

İran lideri ABŞ prezidentinin İranı uzun illərdir zəiflədə bilmədiyini etiraf etdiyini xatırladaraq, bunun əslində Vaşinqton üçün uğursuzluq göstəricisi olduğunu deyib. Onun sözlərinə görə, ABŞ bundan sonra da bu məqsədinə çata bilməyəcək.

Xamenei ABŞ-dəki siyasi, iqtisadi və sosial problemləri “imperiyanın tənəzzül əlamətləri” kimi qiymətləndirib və əsas narahatlığın İranı istədiyi kimi yönləndirə bilməmək olduğunu qeyd edib.

O, İranın müdafiə qabiliyyətini gücləndirməsinin zəruri olduğunu vurğulayaraq, silahsız dövlətlərin xarici təzyiqlər qarşısında aciz qaldığını bildirib və Vaşinqtonun bu məsələyə müdaxiləsini əsassız adlandırıb.

Bununla yanaşı, İran rəhbəri nüvə enerjisindən dinc məqsədlərlə istifadənin ölkəsinin haqqı olduğunu deyib və danışıqlarda əvvəlcədən şərt qoyulmasını düzgün yanaşma hesab etmədiyini əlavə edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.