Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bu ilki Ramazan üçün fitrə zəkatının miqdarı açıqlanıb

Adambaşına 10–15 manat olan fitrə zəkatı və Ramazan ayının əsas tarixləri açıqlanıb

81

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvaya əsasən, bu il Ramazan ayının ilk günü miladi təqvimlə fevralın 19-na təsadüf edəcək.

Din xadimlərinə xatırladılıb ki, iftardan əvvəl süfrə açaraq ehsan vermək qəti qadağandır, çünki bu, şəri baxımdan düzgün deyil. Qazılar Şurası qeyd edib ki, bu qaydalara riayət etməmək dini məsuliyyət yaradır.

Fətvada həmçinin tövsiyə olunub ki, Novruz çərşənbələrinin axşamında açılan süfrələr iftar vaxtına uyğunlaşdırılsın, beləliklə, xalq həm Ramazanın, həm də Novruzun bərəkət və sevincini yaşayacaq.

Builki Ramazan təqvimində Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə təsadüf edir, Ramazan bayramı isə 20 martda qeyd olunacaq.

Fətvada fitrə zəkatının miqdarı adambaşına 10–15 manat civarında müəyyən olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.