Fevralın 18-i üçün hava proqnozu
Fevralın 18-i: havanın temperaturu 24°-dək yüksələcək
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulma müşahidə ediləcək, əsasən yağış gözlənilmir. Bəzi yerlərdə duman meydana gələ bilər. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5–8°, gündüz 10–14° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70–80% təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi ərazilərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5–10°, gündüz 19–24° isti, dağlıq ərazilərdə isə gecə 3–8°, gündüz 13–18° isti olacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.