Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Göygöldə məktəblilərin zəhərlənməsinin ilkin səbəbi məlum olub

Şagirdlər qarğıdalıdan zəhərlənib – ilkin versiya açıqlandı

69

Göygöldə məktəbdə zəhərlənən 10 şagird evə buraxılıb.

Göygöl Mərkəzi Rayon Xəstəxanası məlumatına görə, 16 fevral saat 13:00 radələrində 10 yeniyetmə – 7 oğlan və 3 qız – qeyri-infeksion zəhərlənmə şübhəsi ilə təcili yardım şöbəsinə gətirilib.

Onlara “digər dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit və kolit” diaqnozu qoyulub və lazımi tibbi yardım göstərilib. Şagirdlərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və hamısı ambulator müalicə üçün evə buraxılıb.

İlkin ehtimala görə, zəhərlənmə məktəblilərin məktəb daxilində satılan şirin qarğıdalını yeməsi nəticəsində baş verib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.