Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan oman vətəndaşlarına müvəqqəti vizasız rejim tətbiq edir

Vizasız səfər imkanı: Oman vətəndaşları Azərbaycanda 30 qünədək qala biləcək

47

Azərbaycan Oman vətəndaşları üçün vizasız gediş-gəliş imkanı yaradıb. Qərara əsasən, 15 fevral 2026-cı il tarixindən etibarən bir il müddətində Oman vətəndaşları ölkəyə viza almadan daxil ola biləcəklər.

Gulf News nəşrinin yaydığı məlumata görə, bu barədə Oman Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Məlumatda bildirilir ki, 15 fevral 2027-ci ilədək qüvvədə olacaq müvəqqəti rejim çərçivəsində Oman vətəndaşları hər səfər zamanı Azərbaycanda 30 günədək qala bilərlər. Bir il ərzində isə maksimum üç dəfə vizasız səfər etmək mümkün olacaq.

Nazirlik səyahət edənlərə tövsiyə edir ki, pasportlarının ölkəyə giriş tarixindən sonra azı altı ay etibarlı olmasına diqqət yetirsinlər. Bundan əlavə, ziyarətçilər bütün qalma müddətini əhatə edən tibbi sığorta ilə təmin olunmalıdırlar.

Qeyd olunur ki, bu qərarın turizmin genişlənməsinə və Azərbaycanla Oman arasında münasibətlərin daha da möhkəmlənməsinə müsbət təsir göstərəcəyi gözlənilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.